Niderlandın PSV klubu müdafiə xəttini gücləndirib. Niderland vitse-çempionunun heyətinə "Leypsiq"in 26 yaşlı sağ müdafiəçisi Lutşarel Gertruida qoşulub.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, almanlar futbolçunun icarə əsasında keçidini rəsmən təsdiqləyiblər.

Cinah müdafiəçisi ötən mövsümü də icarə əsasında İngiltərədə keçirib və "Sunderland"ın şərəfini qoruyub.

Ötən yay Gertruida zədələnən London "Arsenal"ının müdafiəçisi Yurrien Timberin əvəzinə Niderland milli komandasının heyətinə cəlb edilib.

Gertruidanın transfer hüquqları 2024-cü ildən bəri "Leypsiq"ə məxsusdur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest