21 Avqust 2026, 22:05
FUTBOL
"Strasbur" "Verder"in 19 yaşlı mərkəz müdafiəçisi Abdul-Kərim Kulibalinin keçidini rəsmiləşdirib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, almaniyalı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Fransa klubu bu transfer üçün 20 milyon avro sabit məbləğ ödəyəcək. Sözügedən müqavilənin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub.
Razılaşmaya əsasən, "Verder" oyunçunun növbəti satışından da müəyyən faiz əldə edəcək.


_1787347337.jpg)










