Şimali Amerikanın Baş Futbol Liqasının (MLS) İntizam Komitəsi "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messini müntəzəm çempionatın matçında "Filadelfiya"nın oyunçusunu itələdiyi üçün cərimələyib.
Matc.az xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hadisə ikinci hissəyə əlavə olunmuş vaxtda baş verib. Oyunun dayandığı anda Messinin "Filadelfiya"nın yarımmüdafiəçisi Kuin Sallivanla qısa söz davası olub, bundan sonra argentinalı forvard rəqibini əli ilə baş nahiyəsindən itələyib.
Ulduz futbolçu rəqibin üz, baş və ya boyun nahiyəsinə əllə toxunma qadağası ilə bağlı turnir qaydalarını pozub.
Qarşılaşma 2:2 hesabı ilə heç-heçə başa çatıb. Messi bu oyunda "İnter Mayami"nin qollarından birinə imza atıb.











_1787347337.jpg)
