"Arsenal"ı çalışdıran ispaniyalı mütəxəssis Mikel Arteta İngiltərə Premyer Liqasında 250 oyundan az müddətdə 150 qələbə qazanan beşinci məşqçi olub. Bu nəticəyə nail olmaq üçün ona 249 qarşılaşma lazım gəlib.

Matc.az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb.

Bu nəticəyə "Mançester Siti"nin sabiq baş məşqçisi Pep Qvardiola turnirdə 150-ci qələbəsini 204, Joze Mourinyo ("Çelsi", "Mançester Yunayted", "Tottenhem") 231, Yurgen Klopp ("Liverpul") 237, Aleks Ferqyuson ("Mançester Yunayted") isə 247 matçda rəsmiləşdirib.

Qeyd edək ki, "Arsenal" Premyer Liqanın ilk turunda "Koventri Siti"ni darmadağın edib - 3:0.

Arteta 2019-cu ilin dekabrından "Arsenal"a rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2025/2026 mövsümündə İngiltərə çempionu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest