"Arsenal" "Aston Villa"dan müdafiəçi Ezri Konsanın keçidini rəsmiləşdirib. İngiltərə millisinin üzvü "topçular" ilə uzunmüddətli müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

"Arsenal"ın bu transfer üçün 50 milyon funt-sterlinq (58,5 milyon avro) təzminat ödəyəcəyini bildirilir.

Konsa 2019-cu ilin yayından bəri "Aston Villa"nın şərəfini qoruyurdu. O, ötən mövsüm klub səviyyəsində bütün turnirlərdə 48 matçda meydana çıxıb və 2 qolla yadda qalıb.

Futbolçu "Aston Villa" ilə Avropa Liqasının qalibi olub. Müdafiəçi 2026-cı il dünya çempionatında isə 8 qarşılaşmada iştirak edib və bir dəfə fərqlənməyi bacarıb. "Transfermarkt" portalında 28 yaşlı oyunçunun hazırkı dəyəri 45 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest