İtaliyanın "Yuventus" klubunun qapıçısı Mikele Di Qreqorio karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Matc.az xəbər verir ki, italiyalı qolkiper artıq İngiltərə təmsilçisinə keçidlə bağlı şəxsi şərtlərdə tam razılıq verib.

"Bornmut" 29 yaşlı qapıçını satın almaq şərti ilə icarəyə götürmək üçün Turin klubu ilə anlaşma əldə edib. Müqavilədə yer alan bəndə əsasən, İngiltərə klubu mövsümün sonunda Di Qreqorionu 14 milyon avro və əlavə bonuslar qarşılığında birdəfəlik transfer etmək hüququna sahib olacaq.

Təcrübəli qapıçı ötən mövsüm A Seriyasında meydana çıxdığı 30 matçda 25 qol buraxıb, 13 qarşılaşmada isə qapısını toxunulmaz saxlamağı bacarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest