"Qalatasaray" Danimarkalı sağ cinah müdafiəçisi Elias Jelertin Fransa klubuna icarəyə verildiyini açıqlayıb. İstanbul təmsilçisi 23 yaşlı futbolçunun 2026/2027 mövsümünün sonunadək "Le Havr"da çıxış edəcəyini bəyan edib.

Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ötən mövsümü icarə əsasında İngiltərənin "Sauthempton" klubunda keçirən oyunçu, ada macərasından sonra "sarı-qırmızılılar"ın düşərgəsinə geri dönmüşdü.

Jelertin karyerasındakı yeni dayanacağı isə Fransa Liqa 1 təmsilçisi olub. "Kopenhagen"in yetirməsi olan müdafiəçini İstanbul klubu 2024-cü ilin iyulunda 9 milyon avro təzminat müqabilində heyətinə qatmışdı.

"Qalatasaray" forması ilə ümumilikdə 35 matça çıxıb 1 qol vuran oyunçu, sağ cinahla yanaşı, müdafiənin solunda da oynamaq qabiliyyətinə malikdir.

İngiltərə kollektivində 11 oyunda 1 məhsuldar ötürmə edən Jelertin hazırkı dəyəri 5 milyon avro qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest