"Səbail"in rəqibi yola düşdü
Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"lə qarşılaşacaq "Universitatya Krayova" səfər görüşü üçün yola çıxıb. Rumıniya təmsilçisi artıq vətəni tərk edib. Belə ki, komanda Krayova-Bakı reysi ilə yola düşüb. Baş məşqçi Korneliu Papurenin ixtiyarında 27 futbolçu var.



























