Papure zədəli oyunçular səbəbindən "11-liy"i qurmaqda çətinlik çəkdiyini söyləyib. O, optimal start heyəti qurmağa və heyətdə ulduz futbolçu Çikolotanın da yer almasına çalışacaqlarını əlavə edib.
Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" və "Səbail"in cavab oyununu idarə edəcək UEFA hər iki qarşılaşmaya təcrübəsiz referi təyin edib. "Neftçi"nin Moldova təmsilçisi "Sperantsa" ilə ev oyununda ədaləti qoruyacaq avstriyalı Yulian Veinberger cəmi 2 ilin FİFA referisidi.
"Futbolçularımdan oyunun çox hissəsinə görə razı qaldım. Hesab onu göstərdi ki, nəticədə 3-cü şəxslərin rolu oldu. Əlbəttə, üzücü oldu. Rəqibin yerində olsaydım, qələbəyə sevinməzdim. Gülməli idi".
"Bir-birimizi aldatmayaq. Rəqibimiz çox güclüdü. Büdcə tərəfdən belə baxsaq, görərik ki, bizdən 5-6 qat üstündülər. Bilirik ki, səfərdə bu cür rəqiblə çox çətin olacaq. Amma cavab oyununa daha ciddi hazırlaşacağıq".
"Kimsə asan qələbə qazandığımızı düşünə bilər, amma belə olmadı. Meydanın vəziyyəti də yaxşı deyildi. Futbolçularım tapşırıqları yerinə yetirə bildilər. İlk hissədə rəqib qapımıza cəmi bir zərbə vurdu"
"Bu gün günahkar axtarmırıq. Sadəcə olaraq, səbəbləri deməliyəm. Oyunçularımızın fiziki durumu lazımı səviyyədə deyil. Yorulduqdan sonra konsentrasiya itməyə başlayır. Bu gün rəqib daha hazırlıqlı idi".
"26 il sonra avrokubokda qalib gəldik. Bunun uğurlu başlanğıc olacağına ümid edirəm. Səfərdə 3 qol vurmuşuq. Bu nəticədən sonra favoritik. Amma önəmli olan konsentrasiyanı saxlamaqdı. Cavab oyununda rahatlamaq olmaz. Matça baxanda kifayət qədər şanslarımız var idi".
"Avropa Liqasında qrup mərhələsinə düşmək üçün uzun yol qət etməlisən. Bu, asan deyil. Ancaq bunun üçün çalışmaq və qarşıya məqsəd qoymaq lazımdı. Hava limanı bazasında süni örtükdə məşq etmişik. Uzun illər Kyajnada süni örtükdə oynamışıq".
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Səbail"in qonağı olacaq "Universitatya Krayova"nın prezidenti Sorin Kartu komandasının şanslarını dəyərləndirib. Klub rəhbəri növbəti mərhələ şanslarının yüksək olduğunu söyləyib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.