Qazaxıstan Premyer Liqasında XXII turun simvolik komandası açıqlanıb. Azərbaycan millisinin qapıçısı Emil Balayev yenə rəmzi komandaya düşüb. O, "İrtış"la səfər qarşılaşmasında qapısının toxunulmazlığını qoruyaraq buna nail olub.

Qazaxıstan Premyer Liqasında XXII turun simvolik komandası açıqlanıb. Matc.az-ın yerli mətbuata istinadən məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayev yenə rəmzi komandaya düşüb.

O, "İrtış"la səfər qarşılaşmasında qapısının toxunulmazlığını qoruyaraq buna nail olub. Kostanay təmsilçisinin 2:0 hesablı qələbə ilə dönməsində 25 yaşlı qolkiperin rolu xüsusi vurğulanıb. Balayevlə yanaşı, "Tobol"un yarımmüdafiəçisi Maksim Fedin də simvolik "11-liy"ə salınıb. Turun ən yaxşı baş məşqçisi isə Kostanay klubunun çalışdırıcısı Nurbol Jumaskaliyev seçilib.

Qeyd edək ki, 22 turdan sonra Premyer Liqaya "Tobol" başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest