"Mançester Siti"nin müdafiəçisi Elakim Manlaqa İspaniyaya qayıdıb. Matc.az saytı xəbər verir ki, Fransa millisinin üzvü "Valensiya"ya keçib.

"Yarasalar" rəsmi saytı vasitəsilə bu transferi açıqlayıb. Manqala "şəhərlilər"lə müqavilə müddəti başa çatdığı üçün La Liqa təmsilçisinə havayı başa gəlib. 28 yaşlı mərkəz müdafiəçisi "Valensiya" ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Elakim Manlaqa 2016-17 mövsümünü icarə əsasında "Valensiya"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest