13 Avqust 2019, 15:01
FUTBOL
"Atletiko" daha bir futbolçunu heyətinə qatmağa yaxındı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, paytaxt təmsilçisi "Valensiya"nın hücumçusu Rodriqo Morenonu transfer etmək üzrədi.
Klublar arasında danışıq zamanı 60 milyon avroda ortaq məxrəcə gəlinib. Yaxın günlərdə keçidin rəsmiləşməsi gözlənilir. "Atletiko" bu transferlə zədə ucbatından mövsümün əvvəlini buraxacaq Dieqo Kostanın boşluğunu dolduracaq.
Qeyd edək ki, Rodriqo ötən mövsüm "Valensiya"nın heyətində 50 oyunda meydana çıxıb, 14 qola imza atıb.