PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 16-cı turunun "Monako" ilə oyununda (4:2) üzündən zədə alan Paris klubunun qapıçısı Canluici Donnarummanın durumundan danışıb.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunun vəziyyətinin yaxşı olduğunu deyib

"Yaxşıdır, ağrısı yoxdur. Zədəyə baxmaq çətindir, lakin ciddi nəticələr vermədən keçdi. Çox bəxti gətirib ki, zərbə onun göz nahiyəsinə dəyməyib. Biz hamımız yayımda bu anı gördük, bu barədə şərh verməyə ehtiyac yoxdur".

Xatırladaq ki, qapıçı rəqib futbolçu Vilfrid Sinqo ilə toqquşması nəticəsində zədələnib. Soyunma otağında Donnarumma 10 tikiş atıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest