Bu gün Misli Premyer Liqasının XIII turunda "Turan Tovuz" doğma meydanda "Neftçi"ni ilə heç-heçə edib – 1:1.
Matc.az xəbər verir ki, oyundan sonra Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev açıqlama verib.
- "Neftçi" adının öz ağırlığı var. Birinci diviziondan belə, bir komandaya "Neftçi" formasını geyindirsək, o, istər-istəməz meydanda görünəcək. Ona görə, rəqib komandanı təbrik edirəm. Nəticəyə görə sevinməsək də, gözəl oyun alındı.
- İlk yarını necə dəyərləndirirsiz, razısız?
- Təbii ki, razıyam. Futbolda planlar olmur, xal hesabı etmirik. Ötən mövsümün yarısında 22 xal yığmışdıq. Bu mövsüm başlayanda komanda qarşısında öhdəlik qoymaqsaq da, düşündük ki, 30 xal yığsaq çox xoşbəxt olacağıq. Bizə deyilsəydi ki, biz ilin sonuna qədər sadəcə 2 məğlubiyyət alacağıq çox sevinərdik. Və deyilsə idi ki, bu iki məğlubiyyəti "Araz-Naxçıvan"dan alacağıq, çox təəccüblənərdik.
- Belə bir fikir var ki, komandanın güclənməyə ehtiyacı var. Bu istiqamətdə hansısa addımlar atılacaq?
- "Transfer pəncərəsi" açılmasa da izlədiyimiz oyunçular var. Üç və yaxud dörd transfer gözlənilir. Bu sadəcə komandanı gücləndirmək üçündür. Onurğa sisteminə dəymirik və oyunçu göndərmək fikrimiz yoxdur. İki transfer etməyi planlaşdırırdıq, lakin zədələr bu planı dəyişdi.
- Öt örtüyü ilə bağlı məsələ nə yerdədir?
- Yenilik yoxdur. Sizin vasitənizlə yenidən AFFA-ya müraciət edirəm. Bizə dəstək olsalar, oyunlar təbii öt örtüyündə oynanılsa zədəli futbolçular az olar və oyunun keyfiyyəti daha yaxşı olar. Maddi baxımdan AFFA 50 faizi öz öhdəliyinə götürsə çox xoşbəxt olarıq və yerdə qalan hissəni biz edərik.
- "Turan Tovuz"un adının dəyişdirilməsi məsələsi gündəmdədir…
- Bəli, bizim AFFA-ya müraciətimiz olub. Yaxın günlərdə müsbət nəticələrini gözləyirik. Əvvəlki "Turan" klubunun adını mənəvi miras olaraq geri qaytarmaq üçün bu addımı atdıq.