"İnter"in yarımmüdafiəçisi Joao Mario Türkiyəyə köçə bilər. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Portuqaliya millisinin üzvü "Qalatasaray"ın maraq dairəsindədi.

"Monako"nun hücumçusu Radamel Falkaonu transfer etməyə yaxın olan "cim-bom" "Sevilya"ya keçən Fernandonun boşluğunu Mario ilə doldurmaq niyyətindədi. İstanbul nəhəngi 26 yaşlı oyunçunu icarəyə götürmək üçün qarşı tərəflə danışıqlara başlayıb.

Qeyd edək ki, "İnter" Joao Marionu 2016-cı ildə 40 milyon avro müqabilində "Sportinq"dən alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest