Avqustun ikinci yarısı Azərbaycan Premyer Liqasının yeni mövsümünün başlaması ilə əlamətdar olacaq. Matc.az xəbər verir ki, sayca 28-ci ölkə çempionatı avqustun 16-da başlayacaq. İndiyədək keçirilən 27 yarışda 2955 futbolçu meydana çıxıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı 28-ci mövsüm öncəsi ən çox oyun keçirən 28 futbolçunun siyahısını təqdim edib. Burada 289 və daha çox oyuna çıxanlar yer alıb. Onlardan 20-si "300" səddini arxada qoymağa müvəffəq olub.

Azərbaycan çempionatlarının rekordçusu Mahmud Qurbanovdur. Onun hesabında 421 matç var. Azər Məmmədov ondan 33 oyun geri qalır. Cədvəlin 3-cü pilləsində isə Rəşad Sadiqov qərarlaşıb. O, 386 görüşdə meydana çıxıb.
 
​
yer futbolçu oyun
1 Mahmud Qurbanov 421
2 Azər Məmmədov 388
3 Rəşad Sadiqov 386
4 Aslan Kərimov 382
5 Rəşad Abdullayev 378
6 Rahid Əmirquliyev 372
7 Aqil Məmmədov 363
8 İsmayıl Məmmədov 351
9 Elnur Abdullayev 334
10 Rəşad Sadıqov 333
11 Vüqar Nadirov 332
12 Kənan Kərimov 327
13 Rail Məlikov 324
14 Nadir Nəbiyev 316
15 Mübariz Orucov 311
16 Elvin Məmmədov 308
17 Müşfiq Hüseynov 305
18 Ədəhim Niftəliyev 303
19-20 Arif Daşdəmirov 302
  Kamal Quliyev 302
21 Vurğun Hüseynov 299
22 Mehman Yunusov 298
23 Viktor İqbekoyi 294
24 Aleksandr çertoqanov 292
25 Vidadi Rzayev 291
26 Rövşən Əhmədov 290
27-28 Samir Musayev 289
  Samir Zərgərov 289

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest