Fransanın "Olimpik" (Marsel) klubu futbolçusu Adil Raminin müqaviləsinə xitam verib. Matc.az xəbər verir ki, fransız müdafiəçi ailəvi səbəbləri əsas gətirərək, komandanın məşqində iştirak etməkdən imtina edib. 
 
Amma sonradan Raminin "Fort boyard" adlı proqramın çəkilişinə dəvət aldığı və bu səbəbdən də ailəvi səbəbləri bəhanə gətirərək, komandanın son məşqində iştirak etmədiyi ortaya çıxıb.
 
Marsel klubunun rəhbərliyi məşqə gəlməyib, "Fort boyard"ın çəkilişində iştirak edən Raminin müqaviləsinə birtərəfli xitam verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest