14 Avqust 2019, 00:54
FUTBOL
"Həmin şəxs Bosniya və Herseqovinadandı. 1995-ci illərdə Böyük Britaniyada universitetdə tələbə olan zaman Bosniya və Herseqovinada yaşanan hadisələrə görə pul toplayırdım". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
O, çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə cavab görüşündən sonra UEFA nümayəndəsi ilə etdiyi söhbətə aydınlıq gətirib. Gözəl bildirib ki, həyatının bir ilini Bosniyaya pul toplamaq üçün keçirib: "Məscidləri dolaşıb, o ölkə üçün pul yığırdım. Bosniya və Herseqovinaya qarşı sevgim, mərhəmətim var. Bunu ona deyirdim. Bakıya xoş gəldiyini və Bosniyaya gedəndə onu ziyarət etmək istədiyimi dedim".