Kiyev "Dinamo"sunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu posta Aleksey Mixayliçenko gətirilib.

Uzun müddətdi klubda idman direktoru vəzifəsində çalışan 56 yaşlı mütəxəssis baş məşqçi postunda Aleksandr Xatskeviçi əvəzləyib. Xatskeviç çempionlar Liqasındakı uğursuz çıxışa görə, bir neçə gün əvvəl istefaya göndərilmişdi. Mixayliçenko bu gün rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Aleksey Mixayliçenko 2002-2004-cü illərdə də "Dinamo"nu çalışdırıb, komandaya 2 dəfə Ukrayna çempionatını, 1 dəfə ölkə kubokunu, 1 dəfə isə Superkubokunu qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest