"Tobol"un Qazaxıstan Premyer Liqasının XXII turunda "İrtış"la görüşünün (2:0) ən yaxşı futbolçuları müəyyənləşib. "InStat"ın təhlilinə əsasən, Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə ilk "3-lüy"ə düşüb.

"Tobol"un Qazaxıstan Premyer Liqasının XXII turunda "İrtış"la görüşünün (2:0) ən yaxşı futbolçuları müəyyənləşib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "InStat"ın təhlilinə əsasən, Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə ilk "3-lüy"ə düşüb.

Qolkiper ötən turda olduğu kimi, bu dəfə də komandasının ən yaxşı göstəriciyə malik oyunçusu olub. 7 seyv və 28 dəqiq ötürmə ilə yadda qalan 25 yaşlı qapıçı 274 xal toplayıb. Onu Baurjan Turısbek (263 xal) və Fernander Kassay (249 xal) izləyib.

Qeyd edək ki, "Tobol" hazırda Qazaxıstan çempionatına liderlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest