"İnter"in hücumçusu Mauro İkardi Fransaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, indi də "Monako" variantı ortaya çıxıb.

Knyazlıq klubu argentinalı ulduz futbolçuya ilinə 7 milyon avro maaş olmaqla uzunmüddətli müqavilə təklif edib. Fransızlar bu keçidi həll edəcəyi təqdirdə, Radamel Falkaonun "Qalatasaray"a gedişinə razılıq verəcəklər.

Qeyd edək ki, İkardi ilə "Yuventus" da maraqlanır. Onun "İnter"lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest