Fransa ikinci liqa təmsiliçisi "Genqam"ın baş məşqçisi Patris Lair "Qarabağ"ın futbolçusu Abdullah Zubirin transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. "Le Telegramme" portalının yaydığı xəbərə görə, o, Mərakeş əsilli fransalı futbolçu ilə maraqlandıqlarını təsdiqləyib.
Fransalı məşqçi 28 yaşlı yarımmüdafiəçi ilə yanaşı, başqa bir oyunçunu da istədiklərini söyləyib: "Qarşıdakı günlərdə yaxşı xəbərlərin olacağına ümid edirəm. Bir neçə oyunçunu gözləyirəm. Abdullah Zubir və El Hacı Ba bizim maraqlandığımız futbolçulardır. Ancaq hələ ki, dəqiq bir şey yoxdur".
Xatırladaq ki, Zubir "Qarabağ"a ötən ilin yayında Fransanın "Lans" klubundan fransfer olunb. Onun Ağdam klubu ilə müqaviləsi 2020-ci ilin iyulunda başa çatır.