17 Avqust 2019, 21:38
FUTBOL
Şimali İrlandiya çempionatında III tura yekun vurulub. Matc.az saytının məlumatına görə, "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Linfild" çempionatda ikinci oyununa çıxıb.
Komanda Belfastda "Kolerayne"ni qəbul edib. Hər hissədə 2 top buraxan "Linfild"in gücü yalnız ikinci hissədə 2 qola çatıb. 78-ci dəqiqədə isə ev sahiblərindən Rayan Makqivren qırmızı vərəqə alıb.
Beləliklə, doğma arenasında 2:4 hesabı ilə məğlub olan "Linfild" 3 xalla 8-ci pillədə qərarlaşıb.