"Mançester Yunayted" müdafiəçisi Markos Roxonu göndərmək niyyətindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Argentina millisinin üzvü baş məşqçi Ole-Qunnar Sulşerin planlarına daxil deyil.

üstəlik, hazırda komandanın heyətində 7 mərkəz müdafiəçisi var. "Qırmızı şeytanlar" Roxoya müştəri çıxmadığından, onunla təzminatını ödəyərək vidalaşmağı planlaşdırır. Müdafiəçinin müqavilə müddətinin sonuna hələ 2 il vaxt qalır və onun həftəlik məvacibi 130 min funt-sterlinqdi.

Qeyd edək ki, Roxo ötən mövsüm Premyer Liqada cəmi 5 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest