19 Avqust 2019, 16:36
FUTBOL
"Real" PSJ-nin hücumçusu Neymarın transferindən vaz keçməyib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" fransızlarla yenidən danışığa başlayıb.
Madridlilər Neymar üçün son təklifini edib. Belə ki, ispanlar "sambaçı"nın keçidi müqabilində 165 milyon avro və 50 milyon avro dəyərində olan yarımmüdafiəçi Hames Rodrigesi qarşı tərəfə verməyə hazırdı. Əgər Paris klubu buna da "yox" cavabını versə, "Real" Neymarın transferindən imtina edəcək.
Qeyd edək ki, Neymar "Real"ın əzəli rəqibi "Barselona"nın da maraq dairəsindədi.