Fransalı ulduz futbolçu Frank Riberi Rusiyaya köçməyə yaxındı. Matc.az xəbər verir ki, bunu yarımmüdafiəçinin meneceri Jan-Pyer Berne deyib.

O bildirib ki, 36 yaşlı hücumameyilli oyunçu Moskva "Lokomotiv"i ilə müqavilə imzalamaq üzrədi: "Lokomotiv"lə danışıqlarımız ən aktiv mərhələdədi. Onlar bizdə müsbət fikir formalaşdırıblar. Ayın sonuna qədər yekun qərar verilməlidi".

Qeyd edək ki, Franki Riberi 2007-ci ildən formasını geyindiyi "Bavariya"nı bu yay tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest