Azərbaycan millisinin qapıçısı Emil Balayevin Qazaxıstanda sərgilədiyi oyun yerli futbol ictimaiyyətinin diqqətini cəlb edir. "Tobol"un qolkiperi cari mövsüm ikinci dəfə "quru" seriya yaxalayıb.
Azərbaycan millisinin qapıçısı Emil Balayevin Qazaxıstanda sərgilədiyi oyun yerli futbol ictimaiyyətinin diqqətini cəlb edir. Matc.az saytı xəbər verir ki, "Tobol"un qolkiperi cari mövsüm ikinci dəfə "quru" seriya yaxalayıb.
Belə ki, 25 yaşlı qapıçı artıq 339 dəqiqədi ki, qapısının toxunulmazlığını qoruya bilir. Sonuncu dəfə o, iyulun 28-də "Kaysar"la görüşdə topu tordan çıxarmalı olub. Balayev hazırda Qazaxıstan çempionatında ən uzun müddət qol buraxmayan qapıçıdı. Onu 277 dəqiqə ilə "Kayrat"lı Stas Pokatilov izləyir.
Maraqlıdı ki, cari mövsümün rekordu da məhz Emilə məxsusdu. O, mövsümün əvvəllərində düz 683 dəqiqə rəqib hücumçuları üçün keçilməz səddə çevrilmişdi. Millimizin üzvü öz rekorduna çatmaq üçün daha 344 dəqiqə "quru" seriyanı davam etdirməlidi.
Qazaxıstan çempionatları tarixində ən uzun seriya isə Sergey Boyçenkoya məxsusdu. O, 2005-06 mövsümündə "Kayrat"ın heyətində 921 dəqiqə qol buraxmayıb.