"Zirə"nin 2 əcnəbi futbolçusu ölkəsinin millisinə dəvət alıb. Matc.az xəbər verir ki, Robin Nqalande Malavi, Mfo Kqasvane isə Botsvana yığmasının qarşıdakı 2 oyunu üçün komandaya çağırılıb.

Adıçəkilən yığmalar dünya çempionatının seçmə mərhələsində ilk oyunlarını keçirəcəklər. Maraqlıdı ki, Malavi və Botsvana ilk raundda bir-biri ilə qarşılaşacaq.

Oyunlar sentyabrın 7-də Botsvanada, 3 gün sonra Malavidə baş tutacaq. Cütün qalibi Afrika zonası üzrə seçmə mərhələnin II raundunda qrupa vəsiqə qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest