Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Dinamo" daha bir oyunçunu heyətinə qatıb. Matc.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, Moskva klubu "Portu"nun forvardı Tikinyo Soareslə anlaşıb.

Ruslar braziliyalını 1 il müddətinə icarəyə götürüb. Bu keçid portuqaliyalılara 3 milyon avro qazandırıb. "Dinamo" eyni zamanda Tikinyonu 12 milyon avroya birdəfəlik transfer etmək hüququna malikdi.

Qeyd edək ki, Tikinyo Soares "Portu"ya 2017-ci ildə 5,6 milyon avro qarşılığında "Gimaraeş"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest