Hollandiyanın "Ayaks" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, sözügedən klub İngiltərə təmsilçisi "çelsi"dən Xuan Familio-Kastilyonu icarəyə götürüb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi 2020-ci ilin 30 iyununa qədər "Ayaks"ın uğurları üçün çalışacaq. Hollandiya klubu mövsümün sonunda gənc futbolçunun transfer hüquqlarını da almaq şansı olacaq.
 
Qeyd edək ki, Familio-Kastilyo məhz "Ayaks" futbol akademiyasının yetirməsidi. 2016-cı ildən isə o, "çelsi"də çıxış edirdi. Hollandiya doğumlu Dominikan əsilli futbolçunun London klubu ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest