"Napoli" yarımmüdafiəçi Fabian Ruizin çıxışından razıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, rəhbərik İspaniya millisinin üzvünün uzun müddət komandada qalmasını istəyir.

Bu səbəbdən neapollular 23 yaşlı orta sahə oyunçusuna yeni müqavilə təklif edib. Futbolçu özü də bunu təsdiq edib və tezliklə yeni sözləşməyə qol çəkəcəyini söyləyib: "ümid edirəm ki, tezliklə yeni müqavilə imzalanacaq. Neapolda hər şey ürəyimcədi".

Qeyd edək ki, Fabian Ruiz "Napoli"yə ötən il "Betis"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest