Mövsümə uğursuz start götürən "Barselona" baş məşqçisi Ernesto Valverdeni istefaya göndərə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu hətta ona alternativ də tapıb.

Əgər komanda bu cür çıxışını davam etdirsə, tezliklə Valverde ilə yollar ayrılacaq. Bu posta ilk namizəd isə "River Pleyt"in baş məşqçisi Marselo Qalyardodu. La Liqa təmsilçisi 43 yaşlı mütəxəssislə əlaqə də saxlayıb. Onlar argentinalı mütəxəssisə maraq göstərdiklərini çatdırıblar.

Qeyd edək ki, Marselo Qalyardonun "River Pleyt"lə müqavilə müddəti 2021-ci ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest