Bakı Olimpiya stadionunun süni meydançasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasın üzvlərindən fiziki test normativləri götürülüb.

Matc.az xəbər verir ki, iki gün davam edən testlərin nəticələrinə uyğun olaraq oktyabrın 7-dən fitnes məşqləri keçiriləcək.

Məşqlər "İdman elmi / güc və kondisiya" layihəsi çərçivəsində həftədə iki dəfə olmaqla Bakıda və Qəbələdə təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest