çempionlar Liqasında qrup mərhələsinin II turunun ən yaxşı qolu müəyyənləşib. Matc.az saytı xəbər verir ki, azarkeşlər UEFA-nın təqdim etdiyi 4 namizəd arasında seçim aparıb.

Nəticədə "Barselona"nın hücumçusu Luis Suaresin "İnter"lə qarşılaşmada vurduğu birinci qol turun ən yaxşısı adına layiq görülüb. Uruqvaylı bununla Hakim Ziyeşin ("Ayaks") "Valensiya"ya, Coşua Kimmixin ("Bavariya") "Tottenhem"ə, Sadio Manenin ("Liverpul") isə "Zalsburq"a vurduğu topu üstələyib.

Qeyd edək ki, "Barselona"nın  öz meydanında "İnter"i 2:1 hesabı ilə məğlub etdiyi oyunda hər iki topa Luis Suares imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest