07 Oktyabr 2019, 16:26
FUTBOL
"Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanov əməliyyat olunacaq. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub feysbuk səhifəsi vasitəsilə yayıb.
Bildirilir ki, Ramaldanov sabah Ukrayna paytaxtı Kiyevdə diz nahiyəsindən əməliyyat olunacaq. Onun nə zaman yaşıl meydanlara dönəcəyi açıqlanmasa da, bərpa prosesinin uzun çəkəcəyi dəqiqdi.
Mərkəz müdafiəçisinin Premyer Liqanın VI turunda "Neftçi" ilə oyunda çarpaz bağları qopmuşdu.