Braziliya yığmasının hücumçusu Neymar üçün Seneqalla yoldaşlıq görüşü əlamətdar olub. Matc.az saytının məlumatına görə, hazırda davam edən oyunda start heyətində yer alan ulduz futbolçu 100-cü dəfə yığmanın formasını geyinib.

27 yaşlı oyunçu bununla millidə "100-lər klubu"na daxil olan 6-cı futbolçu olub. Neymar "Başakşəhər"li Robinyo ilə oyun sayını bərabərləşdirib. Bu baxımdan zirvədə Kafu qərarlaşır. Sabiq sağ cinah müdafiəçisi "pentakampeonlar"ın heyətində 142 görüşdə meydana çıxıb.

Onu müvafiq olaraq Roberto Karlos (125 oyun), Dani Alveş (116), Lusio (105) və Klaudio Taffarel (101) izləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest