AVRO-2020-nin seçmə mərhələsində Şimali İrlandya ilə oyun Hollandiya yığmasının müdafiəçisi Matteys de Liqt üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu yığmada yeni rekord müəyyənləşdirib.

Belə ki, 20 yaşlı de Liqt 20-ci dəfə yığmanın formasını geyinib. O, Hollandiya tarixində bu saya çatan ən gənc oyunçu olub. 2017-ci ildən "narıncılar"a dəvət edilən müdafiəçi bu ilin yayında "Ayaks"dan "Yuventus"a keçib.

Qeyd edək ki, Hollandiya - Şimali İrlandiya görüşü birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest