12 Oktyabr 2019, 10:29
FUTBOL
AVRO-2020-nin seçmə mərhələsində Lüksemburqla keçirilən oyun Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, superulduz bu qarşılaşmada yubiley qolunu vurub.
"Marca" CR7-nin karyerasında 700-cü qolu vurduğunu yazıb. O, bunun 451-nə "Real"da, 5-nə "Sportinq"də, 118-nə "Mançester Yunayted"də, 32-nə "Yuventus"da, 94-nə isə Portuqaliya millisində imza atıb.
Qeyd edək ki, Portuqaliya - Lüksemburq oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.