"Liverpul"un zədəli futbolçuları - qapıçı Alisson Beker və hücumçu Məhəmməd Salah zədəsini sağaldıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hər iki oyunçu kollektivlə birlikdə məşqlərdə iştirak edir.

Həkimlər həm Alisson, həm də Salahın həftəsonu Premyer Liqanın növbəti turunda "Mançester Yunayted"lə görüşdə iştirak edə biləcəyini açıqlayıb. Uzun müddətdi kollektivdən ayrı qalan braziliyalı qolkiperin qarşıdakı oyunda start heyətində yer alması gözlənilir.

Qeyd edək ki, "Liverpul"la "Mançester Yunayted" arasında oyun oktyabrın 20-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest