16 Oktyabr 2019, 13:34
FUTBOL
"Real"ın zədəli futbolçularından biri sağalıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, söhbət yarımmüdafiəçi Toni Kroosdan gedir.
Almaniya millisinin üzvü zədədən sonra bərpa prosesi keçir. Ulduz futbolçu hətta topla məşqlər də edir. Lakin hələlik fərdi şəkildə hazırlaşır. Həkimlər onu La Liqanın X turunda "Barselona" ilə keçiriləcək səfər matçına yetişdirməyə çalışır. Komandanın digər zədəliləri Luka Modriç və Qaret Beylin isə durumu qeyri-müəyyəndi.
Qeyd edək ki, "Barselona" - "Real" oyunu oktyabrın 26-da "Nou Kamp"da keçiriləcək.