AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Bolqarıstan – İngiltərə oyununda (0:6) irqçilik edən azarkeşlərin axtarışına başlanılıb. Matc.az xəbər verir ki, Sofiya polisi qarşılaşmada irqçi şüarlar səsləndirən 5 azarkeşi saxlayıb.

Axtarışlar paytaxt Sofiyada və digər şəhərlərdə davam edir. Bolqarıstan – İngiltərə oyunu zamanı baş verən irqçilikdən sonra yerli futbol birliyinin prezidenti Borislav Mixaylov istefa verib.

UEFA sözügedən qarşılaşma ilə bağlı Bolqarıstan Futbol Birliyinə intizam işi açıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest