Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü və təşkilatçılığı ilə bölgələrdə yeniyetmə cüdoçular arasında keçirilən yarışlar davam edir. Matc.az xəbər verir ki, Göygöl, Naftalan, Mingəçevir, Şamaxıdan sonra növbəti birincilik Xaçmaz şəhərində baş tutub.
 
"Şimal-Şərq" bölgəsi üzrə çempionatda Qusar, Xaçmaz, Abşeron, Şabran, Xızı, Quba və Siyəzəndən olan 200-ə yaxın idmançı mübarizə aparıb. 
 
İki yaş qrupunda keçirilən region birinciliyinin qaliblərinə medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub. 
 
Qalibləri sizə təqdim edirik:
 
U-15
-30 kg Xudaverdiyev Kamil
-34 kg Əzizov Famil
-38 kg Sultanlı Nihad
-42 kg Məmmədov Xalid
-46 kg İsgəndərzadə Səməd
-50 kg Əliyev Nadir
-55 kg Səttarov Mehdi
-60 kg Vəliyev Rasim
-66 kg Mustafayev Əli
-73 kg Əliyev Sənan
Qızlar
-36 kg Fəttahova Ləman
 
U-18
-46 kg Həsəsnov Emin
-50 kg Əliyev Murad
-55 kg Əhmədov Qaçay
-60 kg Mirzəyev Rauf
-66 kg Ramazanov Ərəbxan
-73 kg Nuriyev Yaşar
-81 kg Abdullayev Camal
-90 kg Quliyev Sefa
+90 kg ömərov İbrahimxəlil
 
Qızlar
-44 kg Quliyeva Təranə
-52 kg Quliyeva Nuray

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest