Azərbaycan çempionu "Sabah" bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxır.

Matc.az xəbər verir ki, təmsilçimiz Danimarka səfərində "Orhus"un qonağı olacaq.

"Cepheus Park" stadionunda baş tutacaq qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bu oyunun cavab görüşü isə bir həftədən sonra Masazırda baş tutacaq.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
5 avqust

20:30. "Orhus" – "Sabah"

Baş hakim: Rade Obrenoviç
Baş hakimin köməkçiləri: Aleksandar Kasapoviç, Qreqa Kordej
Dördüncü hakim: Martin Matoşa
VAR: Matey Yuq
AVAR: Alen Boroşak
Danimarka, Randers, "Cepheus Park" stadionu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest