Naxçıvan Muxtar Respublikasında Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında birincilik keçirilib. Matc.az xəbər verir ki, iki yaş qrupunda təşkil olunan yarışda yeniyetmə cüdoçular medallar uğrunda yarışıblar.
 
U-15 komandaların mübarizəsində 71, U-18 komandalarının yarışında isə 50 cüdoçu iştirak edib.
 
U-15 yeniyetmələr arasında yarışda Naxçıvan şəhər komandasının cüdoçuları daha yaxşı nəticə göstərərək birinci olublar. İkinci yerə Culfa komandasının təmsilçiləri sahib çıxıb. Şərur komandasının cüdoçuları isə üçüncü olub.
 
U-18 yeniyetmələr arasında mübarizədə Culfa komandası birinci, Naxçıvan komandası ikinci, Naxçıvan Hərbi Liseyi isə üçüncü olub.
 
Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest