AFFA İntizam Komitəsi (İK) bu gün keçirilən iclasında I divizionla bağlı qərarlar verib. Matc.az saytının məlumatına görə, İK yenə bəzi komandaları cəzalandırıb.

"Kəpəz"lə görüşdə təhqiredici ifadələr işlədən "Qarabağ-2"nin futbolçusu Zamiq Əliyevə 3 oyunluq cəzala, klubuna 160 manat cərimə verilib.

"Neftçi-2" – "Zaqatala" oyununda xərək daşıyan uşaqların sayının əsasnaməyə uyğun olmaması meydan sahiblərinə 80 manat cərimə bahasına başa gəlib.

MOİK – "Sabah-2" qarşılaşmasında MOİK oyunun video yazılışını aparmadığına görə 80 manat cərimələnib. Polisin oyunöncəsi iclasda iştirak etməməsi üzündən "hərbçilər" daha 80 manat cərimə olunub.

"Sumqayıt-2" – "Turan Tovuz" matçında da polisin oyunöncəsi iclasda iştirak etməməsi ev sahiblərinə 80 manata başa gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest