PSJ-nin sabiq futbolçusu Tyaqo Mottanın yeni iş yeri bilinib. Matc.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi A seriyasında çıxış edən "Cenoa"da baş məşqçilik edəcək.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə Motta ilə aparılan danışıqların son mərhələdə olduğu bildirilir.

Qeyd edək ki, 2012-2018-ci illərdə PSJ-də forma geyinən Motta son olaraq Paris təmsilçisinin U-19 komandasına rəhbərlik edib. 30 dəfə də İtaliya millisinin formasını geyinən Motta hazırda işsizdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest