"Barselona" çempionlar Liqasının qrup mərhələsinin III turunda "Slaviya"nı məğlub edib. Matc.az xəbər verir ki, 2:1 hesabıyla bitən görüşdə Kataloniya təmsilçisinin kapitanı Lionel Messi yeni rekorda imza atıb.

"Slaviya" ilə oyunda hesabı açan Messi ardıcıl 15 mövsümdü çempionlar Liqasında qol vurur. Argentinalı oyunçu turnir tarixində bunu bacaran ilk futbolçu olub.

"Slaviya" həm də, Messinin çL-də qol vurduğu sayca 33-cü komanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest