"Liverpul" azarkeşləri gülməli hadisə ilə üzləşiblər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızılar"ın fanatları çempionlar Liqasının qrup mərhələsində "Genk"lə səfər oyununa gedə bilməyiblər.

Məsələ burasındadı ki, azarkeşlər "Genk"lə "Gent"i səhv salıblar və digər şəhərə yollanıblar. Onlar bu səhvlərini matçın startına yarım saat qalmış biliblər. Bu üzdən oyunu kafelərdən birində izləməli olublar.

"Gent" isə tvitter səhifəsi vasitəsilə "Liverpul" azarkeşlərini Avropa Liqasının qrup mərhələsində "Volfsburq"la bu gün keçiriləcək görüşə dəvət edib: "Şəhərləri səhv salan "Liverpul" azarkeşlərini "Volfsburq"la oyunumuza dəvət edirik. Matçdan sonra onlara Belçikanın xəritəsini öyrədəcəyik".

Qeyd edək ki, "Genk" - "Liverpul" qarşılaşması qonaqların 4:1 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest