Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın qonağı olan APOEL qələbə hesabını qorumamaqla yanaşı, kapitanı Nikolas Yoannunu da itirib. Müdafiəçi qarşılaşmanın 67-ci dəqiqəsində zədələnərək sıradan çıxıb.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın qonağı olan APOEL qələbə hesabını qorumamaqla yanaşı, kapitanı Nikolas Yoannunu da itirib. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, müdafiəçi qarşılaşmanın 67-ci dəqiqəsində zədələnərək sıradan çıxıb.

Bu gün Kiprə qayıdan Nikosiya təmsilçisində oyunçunun durumu barədə dəqiq məlumat verilməyib. İlkin diaqnoza görə, əzələ dartılması olub. Lakin bu gün keçiriləcək tibbi müayinədən sonra Yoannunun durumu dəqiqləşəcək. Əzələ dartılması aşkarlanarsa, futbolçu ən azı 2-3 həftəlik sıradan çıxacaq və belədə "Qarabağ"la cavab görüşünü buraxacaq.

Qeyd edək ki, "Qarabağ" - APOEL matçı 2:2 hesabı ilə nəticələnib. Komandalar arasında cavab görüşü noyabrın 7-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest