Tovuzda Futbol Akademiyasının binasının, təlim-məşq bazasının və "Turan Tovuz"un ev oyunlarını keçirdiyi şəhər stadionunun təmir-tikinti işləri davam edir.

Matc.az xəbər verir ki, işlər AFFA-nın İcraiyyə Komitəsinin 4 mart 2019-cu il tarixli iclasında qəbul olunmuş Tovuz rayonunda, "Turan-Tovuz" klubunun nəzdində Futbol Akademiyası təsis olunması, bununla bağlı texniki proseslərin, inşaat-təmir işlərinin tənzimlənməsinin AFFA-ya həvalə edilməsi barədə qərara uyğun olaraq aparılır.

Mənbə: affa.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest